Azərbaycanlı məşhur 13 il sonra yenidən "Eurovision"da
Bizi izləyin

Magazin1

Azərbaycanlı məşhur 13 il sonra yenidən "Eurovision"da

"Eurovision" 2006-dan, yəni 13 illik fasilədən sonra yenidən Murad Arif şərhi ilə... Hazırsan? Bu il hər kəs İTV-yə baxacaq...".

Publika.az xəbər verir ki, bu sözləri məşhur aparıcı və müğənni Murad Arif sosial şəbəkədə yazıb. O, bildirib ki, 13 illik fasilədən sonra bu iş yenidən ona həvalə edilib. Müğənni-bəstəkar İsraildə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi olacaq.

Qeyd edək ki, 2006-cı ildən İTV-də yayımlanan "Eurovision"ın ilk şərhçiləri M.Ariflə Leyla Quliyeva olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm