“Ölsəm, bağışla” filminin aktrisası 30 il sonra - FOTO
Bizi izləyin

Magazin1

“Ölsəm, bağışla” filminin aktrisası 30 il sonra - FOTO

Əfsanəvi "Ölsəm Bağışla" (1989) filmindən sevdiyimiz əməkdar artist Gülzar Qurbanova 30 il sonra möhtəşəm bir filmlə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.

Publika.az xəbər verir ki, 48 yaşlı məşhur aktrisa model Rüstəm Cəbrayılovla sevgidən bəhs edən “Nazik mətləb” filmində rol alıb.

"Caspian Media Holding”in istehsalı ilə çəkilən filmin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradovdur. Layihə görkəmli yazarımız MirCəlal Paşayevin eyni adlı əsəri əsasında lentə alınıb.

Filmdən bəri kadrlar sosial şəbəkələrdə yayılıb.

Məlumat üçün bildirək ki, G.Qurbanova azərbaycanlı aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşıdır. Ssenarist Mailə Muradxanlının gəlinidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm