Əməkdar artist başqasına görə həyat yoldaşını boşayan Anar Mədətova SƏSLƏNDİ: Vicdanına...
Bizi izləyin

Magazin1

Əməkdar artist başqasına görə həyat yoldaşını boşayan Anar Mədətova SƏSLƏNDİ: Vicdanına...

“Heç bir qadın gələcəyini bir adamın vicdanına, eşqinə, günün sonunda ağlının qarışmasına buraxmamalıdır. Səni sevirəm, dünyanın ən gözəl qadını, fədakar anası, zəhmətkeş insanı, vəfalı dostu”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova instaqramda yazıb. O, Anar Mədətovun keçmiş həyat yoldaşı Elnurə Mədətova ilə şəklini paylaşaraq ona dəstək olmağa çalışıb.

Məlumat üçün bildirək ki, Elnurə Mədətova və Anar Mədətov qalmaqallı şəkildə ayrılıb. Anar rəsmi qaydada boşanmadan Samirə adlı xanımla nişanlanıb. A.Mədətovun oğlu “Qarabağ”ın futbolçusu Mahir Mədətov atasının soyadından imtina edərək, bundan sonra Əmrəli soyadı ilə oyunlara qatıldığını bildirib.

Xatırladaq ki, Lalə Məmmədova son günlərdə keçmiş həyat yoldaşının ittihamlarına məruz qalıb. Övladları üçün aliment ödəmək istəməyən İlham Qafarov mətbuata verdiyi açıqlamada intihar etmək istədiyini deyib və bunda Lalə Məmmədovanı günahlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm