
Xəbər verdiyimiz kimi, prodüser Anar Mədətov həyat yoldaşı Elnurə Mədətova ilə rəsmi qaydada boşanmadan vizajist Samirə Abbasova adlı xanımla toya hazırlaşır.
Publika.az xəbər verir ki, Anar Mədətovun makiyaj ustası artisti olan nişanlısı xına mərasimindən fotoları sosial şəbəkədə paylaşıb.
O, paylaşdığı fotolara “həyat nə yaşadıqlarındır, nə də əldə etdiyin uğurlar. Həyat dediyin ömür boyu həyatım deyə biləcəyin insanı tapan zaman başlayır” , - deyə qeyd edib