Çingiz Mustafayevdən Türkiyəyə MESAJ VAR
Bizi izləyin

Magazin1

Çingiz Mustafayevdən Türkiyəyə MESAJ VAR

Azərbaycanı bu il “Eurovision” beynəlxalq mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan Çingiz Mustafayev səhnəyə həm Azərbaycan, həm də Türkiyə bayrağı ilə çıxacaq.

Publika.az xəbər verir ki, bu barədə müğənni özü müsahibəsində deyib. O, bildirib ki, 300 milyondan çox tamaşaçı tərəfindən izlənən yarışmada hər kəsi hazırladığı sürprizlə sevindirəcək.

"Çox möhtəşəm və gözəl bir səhnə performansı hazırladıq. Məncə, “Eurovision” bu günə qədər belə bir səhnə şousu görməyib. Sürprizləri açıqlamaq istəmirəm. Səbrli olun və 16 mayı gözləyin. Türk qardaşlarımızdan dəstək gözləyirəm. Bilirəm ki, onlar dünyanın hər yerindədir. Arzu edirəm ki, qalib gəlim və səhnədə həm Türk , həm də Azərbaycan bayrağını dalğalandırım”.

Məlumat üçün bildirək ki, Çingiz Mustafayev İsraildə keçirilən “Eurovision”da “Truth” mahnısı ilə çıxş edəcək. Təmsilçimiz Çingiz Mustafayev 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində ifa edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm