Magazin1
Röya Avropanı Amerikanın paytaxtı adlandıran Şəbnəm Tovuzlu haqqında nələr dedi?
Əməkdar artist Röya Ayxan Şəbnəm Tovuzlunun müdafiəsinə qalxıb.
Publika.az xəbər verir ki, bir neçə gün əvvəl müğənni Nura Suri ATV-də yayımlanan "Ən yaxşısı” proqramında qonaq olarkən intelektual suallara cavab verə bilməyən həmkarlarını müdafiə edib.
Nura Suri bildirib ki, hansısa bir müğənninin Eynşteyni tanımaması normaldır:
“Hansısa müğənni Avropa haqda məlumatsız ola bilər. Oraya aid olan şəhərləri, hansısa ölkənin paytaxtını bilməyə bilər. Bunun işi oxumaqdır, alim deyil ki, ona irad tutaq. Əgər onun savadı çatıb, cavab verə bilməyibsə, mənim üçün onun insanlığı silinmir. Hörmətim varsa, elə də davam edir. Amma insanlar var ki, elə savadlıdır, hörmətlidir ancaq pislik edir. Xahiş edirəm hər şeyi şişirtməyin. Bizi İnstaqramda biabır etməyin”.
Röya Ayxan Nura Surinin bu fikirlərini instaqramda paylaşaraq onunla həmfikir olduğunu yazıb:
“Çünki başqa bir şey düşündükləri yoxdur. Biz gücü özünə çatanlarıq. "Bunu şişirdənlərə bəs sən niyə şou yarada bilmirsən" demək lazımdır. Səninlə razıyam, Nura”.
Qeyd edək ki, verilişlərin birində müğənni Mətanət Əsədova dünyaca məşhur alim Eynşteyni tanımamışdı, Şəbnəm Tovuzlu isə Amerikanı Avropanın paytaxtı adlandırmışdı.
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq