Magazin1
Xalq artisti ağlayaraq ETİRAF ETDİ: Aclığa dözə bilmədim, 5 manat oğurladım ki...
Xalq artisti Afaq Bəşirqızı çətin keçən uşaqlıq illərində aclığa dözməyərək pul oğurladığını etiraf edib.
Publika.az xəbər verir ki, Xalq artisti Afaq Bəşirqızı AzTV-nin “Ağ-qara” verilişində Kamran Ağabalayein suallarını cavablandırıb. Aparıcının “Ac uşağa görə oğurluq edərsinizmi?” sualına sənətçinin verdiyi cavab hər kəsi təəccübləndirib və məyus edib. Göz yaşlarına hakim ola bilməyən aktrisa hadisəni belə danışıb:
“Bir dəfə çox ac idim. Uşaqlar hamısı məktəbə kolbasa-çörəklə gəlirdi. Mən də uşaqlıqda kolbasanı çox sevirdim. Biz o vaxt “Almaz” qızıl mağazasının yanında yaşayırdıq. Atam (Bəşir Səfəroğlu - N.İ) xəstəydi, Mərkəzi Klinikada yatırdı. Evimizə tez-tez analığımın qohumu gəlib-gedirdi, adı Zivər idi. Mən Zivər xanımın çantasından 5 manat götürdüm, getdim mağazadan kolbasa aldım, doğratdırdım və onu gətirib atamın kitab şkafında gizlətdim. Bir gün o kolbasadan yedim, səhərisi göm-göy göyərmişdi, iylənmişdi.
Vaxt keçdi, mən Afaq oldum. Bir gün eşitmişdim ki, Zivər xanım satıcı işləyir. Zivər xanımın yanına getdim. Əvvəlcə məni tanımadı, sonradan yadına düşdü, artıq o da yaşlanmışdı.
Dedim ki, Zivər xanım, uşaq olanda sənin çantandan 5 manat götürmüşdüm və dedim ki, indi o pulu sizə qaytarmağa, əvəzini çıxmağa gəlmişəm.
Dedi ki, Afaq, onu bilmişdim və sənə də halal eləmişdim. Yəni sözümün canı budur ki, aclığıma dözə bilməmişəmsə, başqa uşağın aclığına heç dözə bilmərəm. Bütün uşaqlar üçün istənilən riskə getməyə razıyam”.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub