Dilarə Kazımovadan Miri Yusifin klipində seksual RƏQS - VİDEO
Bizi izləyin

Magazin1

Dilarə Kazımovadan Miri Yusifin klipində seksual RƏQS - VİDEO

Əməkdar artist Miri Yusif "Uyma" adlı yeni mahnısına çəkdiyi klipi ilə ruh əkizlərini sevindirib.

Publika.az xəbər verir ki, mahnının sözləri Fariz Zeynallı, musiqisi isə Ceyhun Cabbaroğluna məxsusdur. Vüqar İslamzadənin rejissorluq etdiyi klipdə müğənni Dilarə Kazımova rol alıb.

Seksual və cəsarətli rəqsləri ilə lüks və dəbdəbəli idman avtomobilinin fonunda çəkilən Kazımova canlandırdığı bir neçə obrazı ilə diqqətləri öz üzərinə çəkib.

Qeyd edək ki, Miri Yusif artıq ikinci dəfədir ki, Dilarə Kazımovanı klipinə çəkir. Bundan öncə Dilarə həmkarının “Ad günü” adlı mahnısının klipində rol alıb.

Nəzərinizə çatdıraq ki, əməkdar artist Miri Yusif iyunun 7, 8, 9-da “Yaşıl Teatr”da solo konsert proqramı ilə çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm