
Müğənni Damla Ağsuda onunla şəkil çəkdirmək istəyən prəstişkarlarının hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, sənətçi dünən Ağsuda konsert proqramı ilə çıxış edib. Konsertdən sonra müğənni izdiham arasından avtomobilinə qədər polis əməkdaşlarının müşayiəti ilə getməli olub. Fanatlar ifaçının avtomobilə minməsinə icazə vermək istəməyib. Damlanı izdihamdan polis karvanı qoruyub.
Bu gün Qubada konsert verməyə hazırlaşan Damla təəssüratlarını belə ifadə edib:
“Ağsu, mən hələ də sizdən danışıram. Sevincdən göyün 7-ci qatındayam. Bu duyğuları mənə yaşatdığınız üçün qarşınızda çox acizəm. Ağsu, sizi sevirəm”.