Bu, Azərbaycan dövlətinin səmərəli və peşəkar fəaliyyətinin əyani təsdiqi oldu - ŞƏRH
Bizi izləyin

Magazin1

Bu, Azərbaycan dövlətinin səmərəli və peşəkar fəaliyyətinin əyani təsdiqi oldu - ŞƏRH

“UEFA Avropa Liqasının Bakıda keçirilən final oyunu ölkəmiz və millətimizin dünyada, xüsusilə Avropada və uzaq Asiyada daha yaxından tanınması üçün gözəl bir vasitə oldu. Bu tədbir Azərbaycan dövlətinin, hakimiyyət strukturlarının olduqca səmərəli və peşəkar fəaliyyətinin əyani təsdiqi oldu. Azərbaycan göstərdi ki, 2020-ci ildə Avropa çempionatının digər oyunlarını da uğurla keçirmək gücünə və bacarığına malikdir”.

Bu sözləri Əməkdar artist Vasif Məhərrəmli UEFA Avropa Liqasının Bakıda keçirilən final oyunu haqqında Publika.az-a danışarkən deyib. Müğənni erməni əsilli futbolçu Henrix Mxitaryanın Azərbaycana gəlməkdən imtina etməsini isə belə şərh edib:

“Azərbaycan tolerant bir ölkədir. Hər hansı ölkənin vətəndaşı çox rahatlıqla ölkəmizə təşrif buyura bilər, heç bir məhdudiyyət yoxdur. Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Bu barədə İdman və Gənclər naziri Azad Rəhimov, həmçinin AFFA çıxış etmişdi. Mixtaryanın gəlməməsi öz işidir. Hər halda Azad Rəhimov öz çıxışında gözəl vurğuladı ki, onun üçün xüsusi təyyarə göndərəsi deyilik. Tək Mixtaryan deyil, bütün xarici vətəndaşları yüksək səviyyədə qarşılamağa və təhlükəsizliyini təmin etməyə hazırıq. Final oyun bunun bariz nümünəsi idi. Bir daha əyani şəkildə sübut etdik ki, hər bir turistin və futbolçunun təhlükəsizliyini yüksək səviyyədə təşkil etməyə qadirik. Şükürlər olsun ki, final oyunu xətasız, bəlasız bitdi və “Çelsi" komandası layiqli qalibiyyətini qazandı. Mxitaryan gəlsə də, gəlməsə də heç nə dəyməyəcəkdi, "Arsenal" komandasını "Çelsi" udacaqdı. "Çelsi" "Arsenal"dan üstün idi. Məsud Özilin kubok sahibi olmasını istərdik, təəssüf ki, Mxitaryanlar bu istəyimizin qarşısını kəsir. O da həqiqətdir ki, oyunun nəticələri bizim istəklərimizdən asılı deyil. Bu, futboldur və futbolda güclülər qalib gəlir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm