Rasim Balayevlə Alim Qasımovun bu hərəkəti HƏR KƏSİ AYAĞA QALDIRDI - İNANILMAZ ANLAR/VİDEO
Bizi izləyin

Magazin1

Rasim Balayevlə Alim Qasımovun bu hərəkəti HƏR KƏSİ AYAĞA QALDIRDI - İNANILMAZ ANLAR/VİDEO

Xarl artistləri Rasim Balayevlə Alim Qasımov dünən Yaşıl Teatrda tamaşaçılara unudulmaz anlar yaşadıb.

Publika.az xəbər verir ki, dünən Yaşıl Teatrda Bakı Şəhər İcra Hakimiyyətinin Milli Qurtuluş günü münasibətilə təşkil etdiyi bayram konserti baş tutub. Bir çox sənət nümayəndələrinin iştirak etdiyi bayram konserti əlamətdar hadisələrlə yadda qalıb.

Milli Qurtuluş günü münasibətilə Xalq artistləri Aygün Kazımova ilə Zülfiyyə Xanbabayeva və müğənni Mirələm Mirələmov sözlərini Cəlal Qurbanovun yazdığı, musiqisi isə bəstəkar Rauf Məmmədovun bəstələdiyi “Azərbaycan” adlı kompozisiya ifa edib. Daha sonra onları Rasim Balayevlə şeirlə, Alim Qasımov isə muğamla müşayiət edib. Görkəmli sənətkarların çıxışını hər kəs ayaqüstə alqışlarla qarşılayıb.

Kompozisiyada Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm