Elnarə Xəlilova: "Yoldaşım deyir ki, yekə arvadsan..." - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Elnarə Xəlilova: "Yoldaşım deyir ki, yekə arvadsan..." - FOTO/VİDEO

Bu gün Elnarə Xəlilova musiqisi və sözləri reper ProMeteyə (Pərviz İsaqov ) aid olan "Sonuncu zəng" mahnısına çəkilmiş yeni klipini təqdim edib.

Publika.az xəbər verir ki, layihənin ideya müəllifiyi Elnarə Xəlilovaya, rejissorluğu Nail Naiboğluya, operatorluğu isə Ruslan Ağazadəyə aiddir.

Sənətçi klipin mətbuat konfransında bildirib ki, ekran işində "Star" rəqs qrupu, tələbələri, "Motosteron"un baykerləri, həmçinin ProMete özü və bir neçə idmançı da rol alıb:

"Tamaşaçıları təəccübləndirmək kimi fikrim olmasa da, sevinirəm ki, klip çox rəngarəng və zəngin alınıb. Ümumilikdə, ekran işində 40 nəfərlik heyət çalışıb. Mahnını ProMete bir il əvvəl təqdim edib. Müəyyən səbəblərdən dolayı bir il gecikdi. Düşündüm ki, yay üçün uğurlu mahnıdır və çıxartmağın əsl vaxtıdır. Əslində, bu, ProMetenin arzusu ilə yazılıb. Studiyada onu ifa edəndə ProMetenin üzünü görməsəm də, səsindən necə uşaq kimi sevindiyini eşidirdim. "Köhnə Elnarə qayıtdı" deyə qışqırırdı. Bir nəsil var ki, məni əvvəlki kimi görmək istəyir və dəyişməyimi qəbul edə bilmir".

Sözügedən klipi üçün hörüklü saç stili ilə qarşımıza çıxan müğənni həyat yoldaşının bu imicinə münasibəti haqqında danışıb:

"Həyat yoldaşım məni bütün şıltaqlıqlarımla qəbul edir. Bilir ki, ağlıma nə düşdüsə, edəcəm. Odur ki, dözür və bu məqamda ancaq dəstək olmağa çalışır. Həyat yoldaşım bəzən də deyir ki, yekə arvadsan, 4 uşaq anasısan. Nə edim, publika tələb edir. Çalışıram ki, qızıl ortanı tapım. Əslində, çox təhlükəli və qorxuludur, həm də böyük cəsarət tələb edir. Obraz yapışmaya bilər. Çünki 40 yaşında 20 yaşlı qızcığazın obrazını canlandırırsan. Gülməli görünə və tamaşaçılar bəyənməyə bilər. Hər halda reaksiyalardan görürəm ki, əziyyətimizə dəyər".

Rejissor Nail Naiboğluya isə bildirib ki, Elnarə Xəlilova yeganə müğənnidir ki, klipi izlədikdən sonra heç bir dəyişiklik etdirmir.

Aytən Məftun,

FOTO: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm