Amerikaya köçən azərbaycanlı məşhurun başına iş gəldi – FOTO
Bizi izləyin

Magazin1

Amerikaya köçən azərbaycanlı məşhurun başına iş gəldi – FOTO

Bir müddətdir ki, Amerikada yaşayan həyat yoldaşının yanına köçən aparıcı Günel Hümbətovanın səhhətində problemlər yaranıb.

Publika.az xəbər verir ki, bu barədə həmyerlimiz özü instaqramda məlumat verib. O, bildirib ki, səhhətində bir neçə gün problem yaransa da, hazırda özünü yaxşı hiss edir:

“Həyatda ən önəmli şeyin sağlamlıq olduğunu bilirik. Bu haqda çox eşidirik və artıq çox klişeləşib. Amma bu, həqiqətən belədir. Buna son 2 gündə əmin oldum. Bu cür şeyləri paylaşmağı sevmirəm, amma dünən həyatımın ən çətin gününü yaşadım. Sonsuz dərəcədə olan pozitiv ruh halım yox oldu və həqiqətən xəstəliklərin qarşısında necə aciz olduğumuzu, sağalmaz diaqnoz qoyulan insanların vəziyyətini anladım. Allah hər kəsə şəfa versin. Narahat olmayın , mən yaxşıyam”.

Həmçinin o da məlum olub ki, aparıcı ABŞ-a birdəfəlik köçməyə qərar verib. Müsahibələrində tez-tez Bakısız qala bilmədiyini deyən G.Hümbətova həyat yoldaşının yanında yaşamalı olduğunu qeyd edib.

Qeyd edək ki, özbək vətəndaşı ilə ailə quran aparıcının nikahından bir qızı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm