Əri “Toppuş bacı”nın başını qırxdı - VİDEO
Bizi izləyin

Magazin1

Əri “Toppuş bacı”nın başını qırxdı - VİDEO

"Toppuş bacı" ləqəbəi ilə tanınan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı onun başını qırxıb.

Publika.az xəbər verir ki, artist sözügedən hadisəni lentə alaraq sosial şəbəkədə paylaşıb. O, paylaşdığı videoya "Saçım kəsilsə də, üzülmədim - çünki sevdiklərim yanımda idi" sözlərini qeyd edib.

Lakin xərçəngdən əziyyət çəkən məşhur saçı töküləndə stress keçirdiyini gizlətməyib: "İlk dəfə görəndə ki, saçlarım tökülməyə başlayıb, stress keçirdim. Qızım Zəhra məni görüb pis olacaq... Bir də gördüm Röyal (həyat yoldaşı - red.) məndən qabaq saçlarını kəsdirib ki, mənə asan olsun. Dedi ki, mən ölmüşəm. Daha sonra başımı özü qırxdı".

Uşaqlıq yolu xərçəngindən müalicə alan aktrisa bir müddət əvvəl şişin boğazına qədər yayıldığını demişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm