Magazin1
Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına mərasimi - FOTO
SOCAR prezidenti Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına məclisi təşkil edilib.
Publika.az xəbər verir ki, dünən R.Abdullayevin oğlu Rəşad Abdullayevin toyu olub. “Buta Palace”da baş tutan toyda bir sıra dövlət xadimləri, tanınmış simalar iştirak edib.
Məlum olub ki, deputat Qənirə Paşayeva ilə qohum olan SOCAR prezidentinin gəlini üçün toydan əvvəl ərəbsayağı xına mərasimi təşkil olunub. Məclisi şairə Nazilə Səfərli aparıb. Renka isə məclisin əsas rəqqasəsi olub.
Məlumat üçün bildirək ki, dünən təntənəli məclisi estradamızın əsas ulduzları - Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Əməkdar artistlər Ədalət Şükürov və Röya Ayxan aparıb. Həmçinin Azərbaycanı “Eurovision – 2019” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev də toyda səhnə alıb.
Toyun aparıcısı isə İTV telekanalının bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri Leyla Quliyeva olub.
Qeyd edək ki, Rəşad Abdullayev Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayevin nəvəsi ilə evlənib.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR