Əri “Toppuş bacı” ilə bağlı GÖRÜN NƏLƏR DEDİ - Bütün SİRRİNİ AÇDI
Bizi izləyin

Magazin1

Əri “Toppuş bacı” ilə bağlı GÖRÜN NƏLƏR DEDİ - Bütün SİRRİNİ AÇDI

"5 il əvvəl mən ailə quranda sual verirdilər ki, sevib ailə qurmusan, yoldaşını sevirsən? Onu ilk gördüyüm gün anladım ki, bu xanım körpəmin anası olmalıdır! Biz bir yerdə işləyirdik, hər gün ona bir gül alıb qarşında dayanırdım. Bir gün cəsarətimi topladım və onu tanımaq istədiyimi söylədim, sağ olsun ki, təklifimi yerə salmadı”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə yazıb. O, bir neçə gün əvvəl evliliklərinin 5-ci il dönümünün tamam olması ilə bağlı təəssüratlarını bölüşüb. Aktrisa ilə evləndiyi üçün özünü dünaynın ən şanslı kişisi adlandıran Röyal daha sonra uğurlu ailə sirlərini açıqlayıb:

“Beləcə, ilk addımı atmış olduq. Və mən aşiq olduğumu anladım. Onu görəndə hər şeyi unudurdum, hətta özümü belə... Bir gün qalan həyatımızı birlikdə keçirməyi təklif etdim, çünki o mələyin daima yanımda olmasını istəyirdim. Evlilik təklifimi qəbul etdi və biz evləndik. Beləliklə, ikimiz yeni bir həyata başladıq. Bu insan bütün ömrünü mənə həsr etdi, yalnız mənim üçün yaşadı. Çətin anlarda belə mənə deyirdi ki, Röyal yemək ye, istirahət et, yorma özünü. Belə bir mələyi necə sevməmək olar, belə bir insana necə valeh olmamaq olar. Bəlkə də zaman-zaman onu üzdüm, amma o, məni əsla üzmədi. Evləndiyimiz gündən bəri yaınız bir gün ayrı qalmışıq. Bir də xəstələnəndə.

O, mənə özü kimi mələk bəxş etdi və məni dünyanın xoşbəxti etdi. Mən ona hər gün bir daha çox aşiq oluram, hər gün yenidən tanışmış kimi sevgim bir qədər də artır. Çox şanslı kişiyəm ki, belə bir həyat yoldaşım var. Bu gün evliliyimizin 5 ili tamam oldu, səni çox sevirəm, nə yaxşı ki, varımsan mənim. Bu sevgidən saatlarla yaza və danışa bilərəm, səni çox sevirəm, mənim hər şeyim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm