Dilarə Kazımovanın hamamda GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO
Bizi izləyin

Magazin1

Dilarə Kazımovanın hamamda GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO

Müğənni Dilarə Kazımovanın Bakının məşhur hamamlarından birində görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, ulduz "Harem" adlı yeni mahnısını hamamda çəkdirib. Bu barədə klipdə oriental rəqqasə obrazını canlandıran sənətçi özü instaqramda məlumat verib:

"Harem"ə ekran həyatı verdik, əziz izləyicilərim. Mahnını bir neçə vaxtdır ki, ixtiyarınıza buraxsaq da, klipi yeni çəkdik. Mahnı məni ruhlandırdı. Burada bir şərq ab-havası var. "Harem"də həmçinin tarix yatır. Çalışdıq klipdə bunu göstərək. Biz əsl qədim, şərq hamamında olduq. Digər detalları yaxında təqdim ediləcək klipdə bərabər izləyərik".

Qeyd edək ki, mahnının musiqisi D.Kazımova ilə İslam Şirvaniyə, sözləri Prometeyə məxsusdur. Klipin rejissoru Nail Naiboğludur. Sənətçinin obrazım üzərində isə özü çalışıb.
Layihə "Boomerang label"in təşkilatçılığı ilə həyata keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm