"Azəri qızı" Günel şəxsi həyatındakı uğursuz münasibətlərdən danışdı
Bizi izləyin

Magazin1

"Azəri qızı" Günel şəxsi həyatındakı uğursuz münasibətlərdən danışdı

"Köhnələr yaxşı bilir ki, böyük ağacların kölgəsi qayğı doludur. Ayrılıq ərəfəsində çox sevgililərin yolu düşür oradan. Kimi duasına qovuşmaq, kimi bitməsini istədiyi sevgisinin duasını edər".

Publika.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova İnstaqram səhifəsində yazıb. Şəxsi həyatından gizli məqamları dilə gətirən sənətçi ilk dəfə duyğularını belə açıq şəkildə etiraf edib. Daha sonra o, sözlərinə belə davam edib:

"Mən də etdim, elə ürəkdən etdim ki, qəbulu mümkün oldu. Nə gözəldir bir ürəyin kölgəsinə sığına bilmək. Ağlamaq da yaraşır bu gözlərə, çünki gülümsəyə bilir. Ürəyimdə heç bir hissi əmanət yaşamadım ki, "məni incidənləri, qıranları sevmədim" deyə bilim. Sevdim, həm də çox sevdim. Saydım olduğu kimi, dəyişdirmədim.

Ürəyinizdə kölgələrə sığınabiləcəyiniz sevdikləriniz olsun. Çətin olsa da, daim olsun. Ağacların budaqları, rəngləri fərqli-fərqli, mənzərənin gözəlliyinə baxın. İnsanların da xarici görünüşünə baxın. Əslində hər kəsin qəlbinin dərinliyinə enib, baxmaq lazımdır. Bizi unuda bilən, bizsiz yaşayan ürəklərə salam olsun".

Məlumat üçün bildirək ki, Günel Zeynalova bir müddət Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabla eşq yaşayıb. Daha sonra 2 dəfə türk vətəndaşı ilə nişanlansa da, münasibətləri uğurlu alınmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm