Magazin1
Zamiq Naxçıvanı belə COŞDURDU - FOTO
Müğənni Zamiq Hüseynov Naxçıvanda solo konsert verib
Publika.az xəbər verir ki, sənətçi Saat Meydanında təşkil olunan gecə üçün özəl hazırlaşıb.
Belə ki, meydanda quraşdırılan səhnənin dekorasiyası, işıqlar və səs avadanlıqları Bakıdan gətirilib. O, pərəstişkarları üçün 1 saat 45 dəqiqə ərzində 20 hitini səsləndirib. Onu səhnədə öz ansamblı və 4 rəqqas müşayiət edib.
Sənətçi konsertdən əvvəl media nümayəndələrinin suallarını cavablandırıb. O, hazırlıq prosesindən danışıb:
“Heydər Əliyev Sarayındakı özəl konsertimdə repertuara daxil olan bəzi mahnıları yenə səsləndirdim. Daha sonra rəqs qrupları cəlb etdik. Çalışdıq ki, saraydakı konsertin yaxşı tərəfini açıq hava tədbirinə uyğunlaşdıraq. Mahnılarımı canlı ifa etdim. Bir-iki mahnını fonoqram səsləndirdim. Çünki hazırlamağa vaxtımız olmadı. Geyimlər üzərində yenə özüm çalışmışam. Səhnədə istədim ki, ağ və rəngarəngliyin vəhdəti təşkil olunsun”.
Zamiq toy və böyük tədbirlərdə bütün işlərlə özünün maraqlandığını söyləyib:
“Böyük bir komandamız olsa da, hər şeylə özüm maraqlanıram. Bəzi hallarda axsamalar olur. Özüm o halda məsələyə qarışıram, çatışmazlıqları aradan qaldırıram. Bu zaman əziyyət çəkirəm. Konsert, toyqabağı əsəb keçirirəm. Bir az haldan düşürəm, fikrim başqa yerə yönəlir. Əslində mən bu tədbirlərdə sadəcə ifa haqqında fikirləşməliyəm. Bu, bir az məni yorur, arxaya atır. İstəyərdim ki, daha da böyüyək. Yaxın gələcəkdə yaxşı planlarım var”.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO