Xalq artistinin məşhur aktrisa ilə elə GÖRÜNTÜLƏRİ YAYILDI Kİ... - VİDEO
Bizi izləyin

Magazin1

Xalq artistinin məşhur aktrisa ilə elə GÖRÜNTÜLƏRİ YAYILDI Kİ... - VİDEO

Azərbaycan pantomim aktyoru, Xalq artisti Pərviz Məmmədrzayevin aktrisa Gülzar Qurbanova ilə toydan möhtəşəm rəqsi yayılıb.

Publika.az xəbər verir ki, bir neçə gün əvvəl tanınmış aktyor Əbdülqəni Əliyev və jurnalist Lalə Əliyevanın oğlu Cavidanın toyu olub. Toyda kino və teatr sahəsinin parlaq simaları iştirak edib. Onlar arasında Xalq artisti Pərviz Məmmədrzayev, aktrisa Gülzar Qurbanova və Münəvvər Əliyeva da olub.

Aktyorlar rəqs meydançasına çıxaraq "Uzun dərə" musiqisinin sədaları altında möhtəşəm rəqs nümayiş etdirib. Sosial şəbəkədə yayılan görüntülər böyük maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, 1989-cu ildə lentə alınan "Ölsəm bağışla" filmində Xalq artisti Fəxrəddin Manafovla tərəf müqabili olan Gülzar Qurbanova bu ekran işində yaratdığı rolu ilə populyarlıq qazanıb. O, məşhur rejissor Elxan Cəfərovla evlidir. Elxan Cəfərov isə jurnalist Lalə Əliyevanın qardaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm