Flora Kərimova Toliklə barışdı və... - VİDEO
Bizi izləyin

Magazin1

Flora Kərimova Toliklə barışdı və... - VİDEO

"Bilirsiniz ki, mən İlhamə Quliyevanın həyatda dostu olmuşam (kimlərsə deyir ki, ay İlhamə mənə hər sözün deyirdi, nə bilim sirdaşı idim. Bilin ki, yalandır) Onun yaxın dostları aparıcı Lamiyə Ələkbərova, Faiq ATV, Ülvi Qılınc və mən idim”.

Publika.az xəbər verir ki, bu sözləri aparıcı və məşhur prodüser Tolik (Tarix Əliyev) instaqramda yazıb. Xalq artisti Flora Kərimova ilə illər sonra barışıq elan edən Tolik sevincini instaqramda paylaşıb. O, bu barədə Flora Kərimova ilə videosunu paylaşaraq məlumat verib:

“Flora xanımın sənətinə hər zaman hörmətim olub, danışmasaq da, mən ona sayğı ilə yanaşmışam və 3 gün öncə Flora xanımla 1 saata yaxın telefonla danışıb barışdıq. Çünki ən böyük silah düzgün olmaqdır! Bu mahnını da mən istədim Flora xanım oxusun”.

Məlumat üçün xatırladaq ki, prodüser-aparıcı Tarix Əliyev (Tolik) mərhum Xalq artisti İlhamə Quliyeva ilə dost olduğu üçün görkəmli sənətkar Flora Kərimova ilə danışmırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm