Afaq Bəşirqızının ayağı sındı - FOTO
Bizi izləyin

Magazin1

Afaq Bəşirqızının ayağı sındı - FOTO

Xalq artisti Afaq Bəşirqızının sosial şəbəkədə ayağı gipsdə və əlil arabasında fotoları yayılıb.

Publika.az xəbər verir ki, bu fotolar artistin pərəstişkarlarını narahat etsə də, məlum olub ki, sözügedən kadrlar film çəkilişlərinə aiddir.

Baş rollarda Xalq artisti Afaq Bəşirqızı, Mabud Məhərrəmli, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Qurban Məsimov, Salam Bayramov, Xalq artisti Səidə Quliyeva, Cəfər Namiq Kamal və başqalarının iştirakı ilə "Zəng" bədii tv filmində çəkilir.

Ekran işinin ssenari müəllifi və quruluşçu rejissoru Azərbaycan Televiziyası “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri Şərif Qurbanəliyevdir. Quruluşçu operator Əməkdar mədəniyyət işçisi Eldar Məmmədov, filmin prodüsseri Xalq artisti Ramiz Həsənoğludur.

Qeyd edək ki, film Hüseynbala Mirələmov və Dilsuz Mustafanın hekayələrinin motivləri əsasında çəlkilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm