Samirə Elnarənin mahnısını oğurladı - VİDEO
Bizi izləyin

Magazin1

Samirə Elnarənin mahnısını oğurladı - VİDEO

Müğənni Samira Əliməryəmin yeni mahnısının plagiat olduğu üzə çıxıb.

Publik.az xəbər verir ki, sənətçi “Sevdiyim” adlanan mahnısına çəkilən yeni klipini təqdim edib. Ekran işinin rejissorluğunu Nail Naiboğlu edib.

Çəkilişlərin bir hissəsi Şıxov çimərliyində, digər hissəsi isə studiya şəraitində tamamlanıb.

Sənətçi bildirib ki, sonuncu klipini 5 il bundan əvvəl çəkib:

“Axırıncı işim “Çağırış” mahnısına çəkilin video olub. Hansı ki, Olimpiya oyunları ərəfəsində idmançılara həsr etmişdim. O vaxtdan bu günə kimi klip olaraq heç bir iş görməmişdim. Nəhayət ki… Muxtar mənə bir neçə dənə mahnı təqdim etdi. Onların içində bu melodiya mənə daha yaxın olduğu üçün, seçimimi “Sevdiyim” mahnısından etdim”.

Sənətçi rejissorun işini də yüksək dəyərləndirib:

“Klip sırf mənim istədiyim üslubda, xarakterimə uyğun çəkilib. Çünki, ekran işini mən məhz belə görürdüm. Elə işə başlamazdan əvvəl də Nail ilə bu haqda danışmışdım”.

Məlum olub ki, Samirə Əliməryəmin musiqisi Muxtar Abseynova, sözləri isə Cavid Əhmədova məxsus olan yeni mahnısı plagiatdır. Belə ki, “Sevdiyim” müğənni Elnarə Xəlilovanın bəstəsi Elvin Musayevə, sözləri isə Nadoya aid olan "Ayrıldıq" mahnısının dəyişdirilmiş başqa bir versiyasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm