Leyla Quliyeva nazirin ifası haqqında: “Səs yox, belə güc lazımdır”
Bizi izləyin

Magazin1

Leyla Quliyeva nazirin ifası haqqında: “Səs yox, belə güc lazımdır”

Azərbaycanda beynəlxalq televiziya layihəsi "Səs uşaqlar"ın seçimlərinə start verilib.

Publika.az xəbər verir ki, bu barədə İTV-nin Musiqi departamentinin rəhbəri, aparıcı Leyla Quliyeva “3 D” verilişində qonaq olarkən deyib:

“18 sentyabr Azərbaycanda Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədar Milli Musiqi Günü kimi qeyd olunur. Odur ki, kastinqlərə musiqinin beşiyi olan Qarabağdan - Ağdamın Quzanlı kəndindən başlamağa qərar verdik. Səsi olan uşaqları seçimlərə dəvət edirəm”.

Verilişdə robot-aparıcı Dadaş Dadaşlinski Leyla Quliyevaya bir neçə məşhurun ifasını dinlətdirib və fikrini öyrənib. Onların arasında Müdafiə Sənayesi naziri Mədət Quliyevin sosial şəbəkələrdə yayılan ifası da olub.

Aparıcının “Münsif olsaydınız, bu səsə dönərdinizmi” sualına Leyla Quliyeva “yox” deyib. Daha sonra Leyla Quliyeva “Sizə belə bir səs lazım deyil” sualına “Səs yox, belə güc lazımdır” cavabını verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm