Vüsalə Əlizadə: “Belə şeylər məndə alınmır” - VİDEO
Bizi izləyin

Magazin1

Vüsalə Əlizadə: “Belə şeylər məndə alınmır” - VİDEO

Tanınmış aparıcı Vüsalə Əlizadə batil inanclara inanmadığını deyib.

Publika.az xəbər verir ki, məşhur televiziya ulduzu əlamət və işarələrə deyil, konkret əməl və sözlərə etibar etməyi üstün tutub:

“Guya hər şey düzdür, bircə bu tərsdir? Mən belə şeyləri heç sınamıram, qabağıma hansı qonşu çıxdı, yolumdan pişik keçdi, tək, yoxsa cüt səbir gətirdim, paltarı tərs geyindim, ovcum qaşındı, çayımda pul, yoxsa borc var... Nə bilim belə şeylər məndə alınmır, bu dəfə sınayacam deyirəm, amma unuduram, çünki tək güvən yerim var Allahım. Odur ki, bir o qədər də belə şeyləri özünüzə dərd etməyin, onsuzda həyatımızda problemlər bitmir, həyatın dadını çıxarın, “relakseyşın”. Əzizlərinizi, ailənizi sevin, çünki sabah gec ola bilər”.

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm