İradə İbrahimov Fədayə Laçından görün NƏLƏR DEDİ: Hər kəs özünün... - VİDEO
Bizi izləyin

Magazin1

İradə İbrahimov Fədayə Laçından görün NƏLƏR DEDİ: Hər kəs özünün... - VİDEO

Video əlavə olunub.

***

Türkiyədə yaşayan müğənni İradə İbrahimova son günlərin gündəm mövzusu olan Fədayə Laçının azad edilməsi məsələsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, tanınmış sənətçi Mirşahin Ağayevin Fədayə ilə bağlı çıxışını İnstaqramda paylaşıb. O bildirib ki, darda olan insanlara arxa çevirmək olmaz:

"Mən siyasət nədir bilmədim, siyasətcil biri də olmadım. Ruhum əl vermədi. Amma insan olmağı bilirəm, onurğa bilirəm, şəxsiyyəti bilirəm. Bu həyatda onurğa nə qədər çox önəmli bir şeydir?! Gəmini tərk edənlər, edib-etməmək arasında qalanlar, tədbir görmək lazımdır deyənlər və sairə.

Hər kəs özünün aynasıdır. Nə görürsə ondan ibarətdir. Paylaşdığım videoya görə qınayanlara isə bu sizlərin kiçik imtahanınız olsun və inşallah bununla keçib getsin. Allah ölkəmizə zərər verməsin. Sözümü Mövlanənin mənası çox dərin bir fikirlə bitirmək istəyirəm. Bacarıq nədir, bilirsən? Daşa baxdığı halda gözlərin çiçək görməsidir.”.

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm