Bakıda uşaq estrada mahnıları festivalı keçiriləcək
Bizi izləyin

Magazin1

Bakıda uşaq estrada mahnıları festivalı keçiriləcək

Bakıda III “ZİMA” uşaq estrada mahnıları festivalı keçiriləcək.

Publika.az xəbər verir ki, festivalın seçimlərində 110 nəfər iştirak edib, onlar arasından 19 ən güclü uşaq seçilib.

Artıq festivalla bağlı hazırlıqlara başlanılıb. Bu barədə bu gün keçirilən mətbuat konfransında məlumat verilib.
Mətbuat konfransında Xalq artisti Aygün Kazımova, əməkdar artist Sevda Ələkbərzadə, aparıcı Leyla Quliyeva, müğənni İlqar Xəyal və başqaları iştirak edib.

Festivalın münsiflərindən biri olan Xalq artisti Aygün Kazımova bildirib ki, belə yarışlar istedadlı uşaqların parlamasında böyük rolu var:

"Hər bir sənətçi yarışmalarda mütləq iştirak etməlidir. Mahnı müsabiqələrinin müğənninin karyerasında rolu müstəsnadır. Yarışma boyu istedadlı uşaqların yanında olacam. Qoy kim istedadlıdırsa, o da qalib olsun. Bu, daha ədalətli olar".

Sevda Ələkbərzadə isə qeyd edib ki, festivalda çox istedadlı gənclər var.

İlqar Xəyalın sözlərinə görə, festivalda iştirak edən uşaqlar Azərbaycanın estrada və ya klassik musiqisinin gələcəyi ola bilər:

"Əlimdən gələni sözsüz ki, əsirgəməyəcəm. İştirakçılara dəstək olmağa həmişə hazıram. Və əziz uşaqlar, dərslərinizi yaxşı oxuyun. Xüsusilə ədəbiyyat və tarixi. Bu layihə həm uşaqlar, həm televiziya, həm də Azərbaycan xalqı üçün əsl bayrama çevriləcək".

Festival gələn ilin qış aylarında Heydər Əliyev Sarayında keçiriləcək və şəhərin mədəni tədbirləri sırasında parlaq bir hadisə olacaq. Beynəlxalq səviyyədə olacaq festivalda Azərbaycan pop ulduzlarının çıxışı gözlənilir.

Layihə üzərində peşəkar mütəxəssislər qrupu - musiqi prodüseri Rüstəm Rzayev, vokal müəllimi Ukrayna Əməkdar artisti Rimma Şapovalova, xoreqraf Emin Hüseynov və başqaları çalışır.

Aytən Məftun
FOTO: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm