Günay İbrahimli Amerikada tanınmışları heyran qoydu - VİDEO
Bizi izləyin

Magazin1

Günay İbrahimli Amerikada tanınmışları heyran qoydu - VİDEO

Müğənni Günay İbrahimlinin Nyu-Yorka səfərinin təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, sənətçi bildirib ki, orada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 18-ci ali səviyyəli toplantısında səhnəyə çıxıb.

O, eks-prezident, baş nazir, Nobel mükafatçıları və digər amerikalı məşhur biznesmenlərin qarşısında Azərbaycan mahnıları ifa edib.

G.İbrahimli Xalq və bəstəkar mahnılarından ibarət mini konsertdə “Sarı gəlin” və “Ayrılıq” kimi məşhur bəstələri səsləndirib.

Müğənni tədbirin möhtəşəm keçdiyini söyləyib: “Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Mükafatlandırma mərasimi oldu. Daha sonra mahnılarımı ifa etdim. Mən mahnı oxuyan zaman heç kəs telefonla oynamırdı, hətta masaya gələn yeməyə belə toxunmurdular. Sakitcə qulaq asırdılar. Sonda alqışlar aldım. Bir çox nüfuzlu şəxslər mənə yaxınlaşıb, ürək sözlərini dedilər. Doğrudan zövq aldım. Sevinirəm ki, mahnılarımızı ölkəmizdən kənarda yad qulaqlara eşitdirirəm. Orada tək özümü yox, Azərbaycanı təmsil edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm