Aparıcı Murad Dadaşovun müdafiəsinə qalxdı: Adamı söyüş mənbəyinə çevirməyiniz...
Bizi izləyin

Magazin1

Aparıcı Murad Dadaşovun müdafiəsinə qalxdı: Adamı söyüş mənbəyinə çevirməyiniz...

Aparıcı Murad Arif müəllifi olduğu “Popumuz var” layihəsində Xalq artisti Murad Dadaşovun qalmaqala səbəb olan fikirlərinə münasibət bildirib.

Publika.az xəbər verir ki, Murad Arif verilişə tam baxmadan qonağı Murad Dadaşovu ittaham edənləri diqqətli olmağa səsləyib:

"Verilişə baxmadan, bir fraqment üzərində rəy quranlar üçün proqram yutubdadır. Aşağıda yazdıqlarımı yoxlamaq olar. Adam kapitalizm və sosializm dəyərlərinin fərqindən danışırdı... Murad deməyib ki, “Xalqın deyil”!

Murad müsahibədə deyir ki, “sən” yatırsan, “filankəs” yatmır, işləyir, qazanır. “Sən” nə etmisən? “Sənin deyil” dedikdə, Xalqı demir, öncə bəhs etdiyi “işləməyən, tüfeyli bir adamı”, həmin “sən”i nəzərdə tutur. Bu, kapitalizmdir, deyir...

Dövlət xalq deyilmi? Nəzəri olaraq, xalqa xidmət edən qurum deyilmi? Heç bu söhbətdə neftçilərdən, zəhmətkeşlərdən danışılırmı?

Murad müsahibələrində məmur özbaşınalığını, korrupsiyanı, insanlarla kontaktın olmamasını, adamların küsdürülməsini, incidilməsini, qapalı, konservativ medianı da yetərincə tənqid edən adamdır. Ayrı vaxt bullinq sözü avatarınızdan düşmür. İndi bir cümləni bütün müsahibədən qoparıb adamı söyüş mənbəyinə çevirməyiniz nədir? Təbii sərvətlər xalqa məxsus, xalqa aiddir. Dövləti də xalqdan ayırmaq olmaz. Dövlət xalqındır!”

M. Arif növbəti postunda Dövlət və Hakimiyyətin fərqlərini izah edib:

- Dövlət, hökumətdən daha genişdir. Hökumət isə dövlətin bir hissəsidir.

- Dövlət, daimidir. Hökumət isə keçicidir.

- Dövlət, şəxsi olmayan bir otoritadır.

- Dövlət, ortaq yaxşılığı və ümumi iradəni təmsil etməyə çalışır. Lakin hökumət isə müəyyən ideologiyaları təmsil edir.

- Dövlət xalq topluluğunun bütünləşmiş struktur formasıdır.

- Dövlət, Cümhuriyyətdir, Azəraycan deməkdir!”

Qeyd edək ki, M. Dadaşov "Popumuz var"da "bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən? Sən də istedadını göstər, keç önə", - deyə açıqlama vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm