Xalq artistindən həmkarlarına sərt ittihamlar  - VİDEO
Bizi izləyin

Magazin1

Xalq artistindən həmkarlarına sərt ittihamlar  - VİDEO

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi Xalq artisti Brilliant Dadaşova olub.

Publika.az xəbər verir ki, Xalq artisti həmkarlarını saxtakarlıqda ittiham edib:

“Təəssüf edirəm ki, bizim azadlığımızı bəzi səviyyəsi aşağı olan sənət insanları düzgün qəbul etmirlər. Bu gün tüpürdükləri üzü sabah yalayan insanları görüb təəccüblənirəm. Bir-birilərinə çox nalayiq sözlər deyib, sonra da qucaqlaşıb barışdıq deyirlər. Küsüb-barışmaq yaxın insanlar arasında olar. Sənətdə bir insan ya dostundur, ya da deyil. Bu gün küsüb, sabah barışmaq gündəmdə qalmaq üçündür. Bu, tamaşaçı qarşısında simasızlıq deməkdir. Saxtakarlığa nifrət etdiyim üçün belə insanlardan uzağam. Onlar olan atmosferdə olmağı özümə layiq bilmirəm. Elə insanlar var ki, mənim olduğum məkana onların gəlməsinə icazə vermirəm. İnanıram ki, o dünyada da ayrı məkanlara düşərik. Kiminsə mərhum valideynini söyən, təhqir edən, şərə əl atan insanlar mən olan yerdə olmayacaqlar.

Dayday, sevgili, sponsor gücünə gəlib sənin yanında dayanırlar. Sonra da əsl simalarını göstərirlər. Haqq-ədalət özü onları yerbəyer edir. Sənəti olana heç kim bata bilməz. Sənəti olmayan heç olmasa, dilini yaxşı etsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm