Magazin1
“Gözəgəlimliyəm, məni yaralı yerimdən vururlar” – Pərvin Abıyeva/VİDEO
ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi aktrisa Pərvin Abıyeva olub.
Publika.az xəbər verir ki, aktrisa əməliyyat keçirdiyini deyib:
“Seriallarda oynamağa çəkinirəm. Uzunmüddətli kontraktlar təhlükəlidir. Çünki hər gün setə getməli olacağam. Keçən ilin fevral ayında ayağımda əzələ yırtılması oldu, həmin yerə su yığılmışdı, çirkli maye. İnfeksiya yarandı. İncidirdi, məcbur kəsdirdim”.
Pərvin Abıyeva həmçinin şou-biznesdəki qeyri-səmimi insanlardan da danışıb: “İndiki zamanda səmimi insan tapmaq çətindir. Çoxu sənin uğurlarına sevindiyini göstərə bilər. Amma sənin adına sevinən adamların neçə nəfər olduğunu yalnız sən bilirsən. Ömür boyu tənqid edilən aktrisa olmuşam. Məni gözləri götürmür. Özümü gözəl hesab edirəm. Gözəgəlimliyəm. Ən sadə bir şey geyinsəm belə müzakirə olunuram. Təhqirlərə məruz qalıram. Bunları görməzdən gəlməyə çalışıram. Düzdür, çox vaxt alınmır, çünki hələ sırtılmamışam. Zəif yerimi göstərmişəm. Ona görə də hər dəfə məni yaralı yerimdən vurular”.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır