Sevda Ələkbərzadə: “İnanılmaz şəraitdə baş verdi” - VİDEO
Bizi izləyin

Magazin1

Sevda Ələkbərzadə: “İnanılmaz şəraitdə baş verdi” - VİDEO

Əməkdar artist Sevda Ələkbərzadə yeni layihəsini təqdim edib.

Publika.az xəbər verir ki, o, “İstəmirəm” adlı mahnısını ekranlaşdırmaq üçün gürcü rejissor Zaza Oraşviliyə müraciət edib. Klipin çəkilişi Tbilisidə baş tutub.

“Mən eksperiment etməyi sevdiyimdən özümü yeni tərzdə sınamaq istədim. Məncə, çox maraqlı alındı ”, - deyə Sevda qeyd edib.

Müğənni eyni zamanda bildirib ki, bu onun Z.Oraşvili ilə ilk işi deyil: “ “Mən səni gözlədim” klipimi də o çəkib. Onda hamı bizim birgə işimizi bəyəndi. Bu, gürcü rejissorunun Azərbaycan müğənnisi ilə ilk işi idi. İllər sonra Zaza ilə yenidən çox maraqlı bir klip ərsəyə gətirdik. Onunla işləmək çox xoşdur, çünki hər şeyi səmimiyyətlə və böyük həvəslə edir”.

Sevda çəkilişlərdə qarşılaşdığı çətinliklərdən də danışıb:

“Çəkiliş inanılmaz hava şəraitində baş tutdu. Bir gündə yağış yağdı, sonra günəş çıxdı, birdən səma qara buludlarla örtüldü, güclü yağış yağdı və sonra buludlar yox oldu və yay gəldi. Bir çəkiliş günündə 4 mövsüm yaşadıq. Hava şəraitinə və yağışda islanmağımıza baxmayaraq, heç kim xəstələnmədi. Çünki hamı o qədər həvəslə işləyirdi ki, havanın sürprizləri bizə mane ola bilmədi. Nəticədə, çox maraqlı bir klip alındı”.

Qeyd edək ki, mahnının müəllifləri İsmayıl Əsədov və Orxan Qarabasmadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm