Ceza Bakıya gəlir - BİLETLƏRİN QİYMƏTİ 150 MANATDIR
Bizi izləyin

Magazin1

Ceza Bakıya gəlir - BİLETLƏRİN QİYMƏTİ 150 MANATDIR

Ceza canlı (live) orkestr ilə birlikdə 21 dekabrda Elektra Events Hall-da azərbaycanlı heyranları ilə görüşəcək.

Publika.az xəbər verir ki, Türkiyənin məşhur reperi Bakıda konsert verəcək. Konsert dekabrın 21-də Elektra Hall-da keçiriləcək. Biletlərin qiyməti 35-150 manat arasında dəyişir.

Məlumat üçün bildirək ki, ilk albomu "Med Cezir" olan reper ardından "Rapstar", "Feyz Al", "Yerli Plaka", "Evin Delisi", "Bomba Plak", "Onuncu Köy", "Türk Marşı" və "Suspus" adlı albom və sinql buraxıb.

Başda Türkiyə olmaqla bir çox ölkələrdə festivallarda yer alan Ceza, eyni zamanda MTV EMA mükafatını alan ilk Türk musiqiçisidir.

2015-ci ilə yayımladığı "Suspus” iTunes tərəfindən ilin ən yaxşı Rap /Hip Hop albomu seçilib. Məşhur repçi albomla eyni adda olan mahnısıyla, NPR (National Public Radio) Müzik-in ən yaxşı mahnıları listində yer alan Türk musiqiçisi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm