• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

Azərbaycanın ən yaraşıqlı kişisindən SƏRT SÖZLƏR: “Niyə ərlərini yad kişiylə...” - VİDEO

  • Magazin1
  • 20 Noyabr 2019 09:56
  • 2 828 Baxış
Azərbaycanın ən yaraşıqlı kişisindən SƏRT SÖZLƏR: “Niyə ərlərini yad kişiylə...” - VİDEO

2007-ci ildə “The Best Model of the World” müsabiqəsinin qalibi olduqdan sonra “Azərbaycanın ən yaraşıqlı kişisi” kimi tanınan model Rüstəm Cəbrayılov ona verilən bu statusun bəzi xanımları qıcıqlandırmasından danışıb.

Publika.az xəbər verir ki, son illərdə özünü həm də aktyor kimi sınayan model bir neçə gün əvvəl Nanə Ağamalıyevanın verilişində qonaq olub. Verilişdə aparıcı Rüstəm Cəbrayılovu tərifləyərək onu ölkənin ən yaraşıqlı kişisi kimi təqdim edib.

Model ona verilən “Azərbaycanın ən yaraşıqlı kişisi” adının bir çoxlarını, xüsusilə xanımları qıcıqlandırdığını etiraf edib: “Əla veriliş idi, təşəkkürlər. Nanə bir-iki dəfə mənə gözəl deyib, təbii ki, kişi gözəl yox, yaraşıqlı olar. İndi deyib də, mən deməmişəm ki... Bir azdan “Ərim Rüstəmdən yaraşıqlıdır”, “Oğlum böyüyəndə bundan yaxşı olacaq”, “Budur yaraşıqlı?” kimi rəylər əksik olmayacaq. Amma dərinliyə gedəndə mənə çatmayan budur ki, niyə onlar öz ərlərini yad kişiylə müqayisə edirlər?”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR