• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

Xalq artistindən tamaşaçılarına xüsusi JEST - ŞƏRTLƏRİ VAR - VİDEO

  • Magazin1
  • 24 Noyabr 2019 12:08
  • 1 110 Baxış
Xalq artistindən tamaşaçılarına xüsusi JEST - ŞƏRTLƏRİ VAR - VİDEO

Xalq artisti Aygün Kazımova "Ehtiyacım var" klipindəki eynəklərini pərəstişkarlarına bağışlayacaq.

Publika.az xəbər verir ki, bu barədə müğənni özü məlumat verib:

"Əzizlərim, bu yaxınlarda "Ehtiyacım var" klipini sizə təqdim etdik. Yazdığınız bütün şərhləri bir-bir oxuyuram. Şərhlərdə qeyd edirsiniz ki, Aygün xanım, klipinizdəki eynəkdən çox xoşum gəlir, onu mənə hədiyyə edin. Sizə mənim qarderobumdakı bütün eynəklər qurbandır. Bu səbəbdən müsabiqə etmək qərarına gəldim. Sizə 3 sualım var: 1) Klipdə neçə kadrda mən yoxam? 2) Klipin hansı yerləri Azərbaycanda çəkilib? 3) Mahnının hansı sözləri mənə daha çox təsir edir? Bu suallara doğru və tez cavab verən 2 nəfər eynəkləri alacaq".

Qeyd edək ki, "Ehtiyacım var" ulduzun Amerika səfəri zamanı çəkilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR