Qurd həyat yoldaşına bu xanımla xəyanət edib? - FOTO
Bizi izləyin

Magazin1

Qurd həyat yoldaşına bu xanımla xəyanət edib? - FOTO

Bu yaxınlarda qonaq olduğu verilişdə keçmiş həyat yoldaşı ilə barışmaq istədiyini dilə gətirən Qurd ləqəbli reper Fərid Eminov başqa bir xanıma eşq elan edib.

Publika.az xəbər verir ki, reper instaqramda paylaşdığı fotosuna romantik sözlər yazıb:

"Üzünü güldürən varsa, hər yer sənin üçün möcüzələr diyarıdır".

Xatırladaq ki, Qurd açıqlamasında həyat yoldaşından ayrılmağına səbəb kimi xəyanət etməsini göstərmişdi. O, "Ümid edirəm nə vaxtsa bağışlayar. Mən çox arzu edərəm ki, bağışlasın. Əgər bir insan səhvini etiraf edirsə, keçmişə qayıdıb heç nəyi düzəltmək olmaz. Amma gələcəyi düzəltmək olar" , - deyə etiraf etmişdi.

Qeyd edək ki, bundan əvvəl reperin adı duet ortağı müğənni Aysun İsmayılova ilə hallanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm