Oqtay Kaynarca Bakıdan ev alacaq - FOTO
Bizi izləyin

Magazin1

Oqtay Kaynarca Bakıdan ev alacaq - FOTO

"Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında rol alan türkiyəli aktyor Oktay Kaynarca geyim mağazasının açılışı münasibəti ilə Bakıya gəlib.

Publika.az xəbər verir ki, aktyor açılışda jurnalistlərin suallarını cavablandırıb.

İkinci dəfə Bakıya gələn kino ulduzu şəhərimizin çox dəyişdiyini bildirib. "Bu, mənim Bakıya ikinci gəlişimdir. Şəhəriniz inanılmaz dərəcədə dəyişib, binalara heyran qaldım. Hətta Bakıdan ev almaq fikrinə düşdüm. Bilirəm ki, burada da məni ən az Türkiyədəki qədər sevirlər. Bu, bizim üçün çox dəyərlidir. Pasport istifadə etməyə belə gərək yoxdur, çünki biz - Azərbaycan və Türkiyə bir dövlətdir. İki ölkənin birgə istehsalı ilə ərsəyə gələn bir filmdə rol almaq istərdim. İş qrafikim sıx olduğu üçün bu gəlişimdə gəzə bilmədim. Odur ki, gəzmək üçün Bakıya xüsusilə gələcəm. Hətta deyərdim ki, Bakı getdiyim bütün Avropa şəhərlərindən gözəldir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm