Afətdən Flora Kərimovaya sərt cavab: "Nəvəsi yaşında uşaqlara..."
Bizi izləyin

Magazin1

Afətdən Flora Kərimovaya sərt cavab: "Nəvəsi yaşında uşaqlara..."

"Bu müsahibə Flora Kərimovanın müsahibəsidir. Flora xanım, əvvəla “Nəsimi yuxumda deyib” cümləsini hamı bilir ki, zarafata deyilmiş və açıqlaması verilmiş bir söhbət idi. Nəsimi ilə Allahı bir tutduğunuza görə sizə yazıqlar olsun. Nəsimi kimi şairlər çoxdur, amma Allah təkdir (Nəsiminin şəkli hər yerdə var, amma Allah gözəgörünməzdir). Allah sizin lağ yeriniz deyil. Qaldı ki, mənim Nəsimidən oxumağım konstitusiyamıza zidd olsaydı, aidiyyəti orqanlar bununla bağlı ölçü götürərdi və məni cinayət məsuliyyətinə cəlb edərdilər".

Publika.az
xəbər verir ki, bu sözləri dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəlinə oxuduğu mahnı ilə məşhurluq qazanan müğənni Afət Fərmanqızı sosial şəbəkədə Xalq artisti Flora Kərimova haqqında yazıb. Onlar arasında bir müddət əvvəl baş vermiş qalmaqal yenidən alovlanıb.

A.Fərmanqızı Xalq artistinin ünvanına kəskin ittihamlar yağdıraraq sözlərinə belə davam edib: "Demək ki, mən qanunu pozmamışam. Kimlərsə mənim o mahnıya görə pul qazanmağımı həzm edə bilmirsə, pişik, ət məsələsi. Sual edirəm, bəs Nəsimi məsələsi heysiyyatınıza toxunubsa, "Nəsimi" bazarının adını avtobuslarda oxuyanda, bazarın yanından keçəndə niyə demirsiz ki, Nəsimi nə alverçisi olub? Parikinizi çıxartdığınıza görə sizi təbrik edirəm, amma o sidik içmə məsələsi deyirdiz aaa, bax, onu etməyin! Hərdən dozası deyəsən çox olur.

Hansı efirə çıxır məndən danışır. Cavab verim də sənə. Bu vannaya uzanmasaydın, mən də qəzəli o cür oxumazdım. Sonra da sidiyi içməyi tövsiyə edir. Quranda sidik ən murdar şey hesab olunur! Sənətinə sözüm yox, amma, ayıbdır nəvəsi yaşında uşaqlara sataşmaq! Çox ayıb olsun".

A.Fərmanqızının açıqlamasına Flora Kərimovanın cavabı gecikməyib. Flora Kərimovanın instaqramda qalmaqallı müğənniyə ünvanladığı açıqlamasını olduğu kimi təqdim edirik: "İki ali təhsil sahibi "müəllimə-müğəni” fikirlərin cəhənnəm, cümlə sonluqlarına bax, yazıların qüsursuz olsun. Toyların azalıb, “Mən-mən” də dəbdən düşüb deyə əlacsız qalıb yeni qalmaqal dilənirsən. Bütün Azərbaycan mənim zarafatımı başa düşdü, sən - “filoloq, alim"dən başqa!! İş ki qaldı “Ətlə, pişik” misalına, ovçu olmaq taleyin gətirmədi! Sənin qismətin ancaq və ancaq qurbanlıq olmaqdır, hələ də olursan!
Bir məkana verilən adlara gəldikdə, olsun “Nəsimi bazarı”, “Füzuli meydanı”, “Nizami küçəsi” və s. bunların heç biri şəxsiyyətə yönəlmiş aşağılayıcı təqdimat deyil!

BAZARDA İŞLƏYƏNLƏRİ “NƏSİMİ” ADINA LAYİQ BİLMİRSƏNSƏ, bu illərlə içində qaynatdığın vətəndaş problemindir! Bu qədər insan tərəfindən söyülə-söyülə anlamadığın həqiqəti sonuncu dəfə izah edim...

Dahi Füzulinin sözlərinin ağırlığı altında “Füzuli kantatası"nı yaradan böyük bəstəkar Cahangir Cahangirov Nəsiminin “SIĞMAZAM” qəzəlinin faciəsini dərk edib mənəvi sərvətimiz olan “Nəsimi kantatası"nı yazdı. Və sən Afət Nəsimini (sənin sözünlə desək) ancaq bazar səviyyəsinə yox, bazarda olan piştaxta səviyyəsinə endirdin! Buna görə sənə “əhsən” düşür!
İndiyə kimi mənəvi cinayətlə məişət cinayəti arasında fərqi görməyən savada nə deyib, necə qiymət verəsən?!
Əgər saç başa ağıl gətirsəydi, sənin adın dahilər sırasında səslənərdi!
Bilməmiş olmazsan, urina (sidik) dozasının artıqlığı nə bədənə, nə ağıla ziyan verir. Vay o günə ki, kişilərin artığı olasan!
Afət, sevirəm deyib “DİNİ KƏBİNƏ” girib (gah qolunu, gah kəbin sənəıdinin üz qabığını göstərməyin ilə) keçirdiyin sabaha güvənməyən qadın - uşaq cəlladı olmağına acıyıram! Hamıya hər fürsətdə ucuz cavablarla o qədər özünü yerə çırpıb kiçiltdin ki, sayılası düşmən də ola bilmədin!

Müasir Azərbaycanın ilk Xalq artisti Flora Kərimova".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm