• USD 1,7000 0,00% EUR 1,8782 -0,34%
    • GBP 2,2307 -0,05% RUB 0,0275 0,00%
election

Nailə İslamzadə: “Güclü qadının gücü ondadır ki, arxasında...”

  • Magazin1
  • 6 Dekabr 2019 10:47
  • 1 004 Baxış
Nailə İslamzadə: “Güclü qadının gücü ondadır ki, arxasında...”

“Güclü qadınam. Gücümü və ilhamı Allahdan alıram. Ən ağır vaxtlarımda dua edirəm, Qurandan ayələr oxuyuram, Allahla danışıram. Bu mənə mənəvi güc verir. Əlbəttə ki, həyat hər zaman gözlədiyimiz kimi getmir, müsbət və mənfi hadisələr olur. Uğursuzluqları və xoş olmayan hadisələri xatırlamağı sevmirəm, unuduram. Və heç vaxt onun heyfini almıram”.

Bu sözləri Əməkdar artist, tanınmış aparıcı Nailə İslamzadə Publika.az-a danışarkən deyib. Həyat prinsiplərindən danışan məşhur bildirib ki, məsum və günahsız insan yoxdur:

“Yetər ki, Allahdan bağışlanmaq istəyək. Yaralarımın çox olduğunu da deyə bilmərəm. Ümumiyyətlə, nəsə baş verəndə ona heyfslənmirəm, keçmişin peşmançılığı ilə yaşamaq mənim həyat prinsiplərimə düz gəlmir. Anlayıram ki, o, baş verdiyi zaman aktual idi, bu, mənə lazım idi. “Niyə belə etdim”, “Niyə mənə yara vurdu” sualları ilə özümü yormuram. Sözsüz ki, aldığımız zərbələr kiçik və ya böyük ola bilər. Yıxılanda ağılla durmağı bacarırıqsa, demək ki, gələcəkdə eyni xətanı təkrarlamamaq əsas şərtlərdən biridir. Bu da bizim xarakterimizi müəyyən edir. Yıxılmaq zəiflik əlaməti deyil, əsas odur ki, ayağa qalxmağı biləsən”.

Aparıcının “Hər uğurlu kişinin arxasında güclü xanım dayanır deyirlər. Bəs güclü xanım kimi sizin əsas dayağınız kimdir” sualına cavabı belə olub:

“Güclü qadının gücü də ondadır ki, arxasında heç kim dayanmır. Həyat yoldaşımla ailə münasibətlərimiz normaldır. Əgər məni başa düşürsə və bu qədər vaxt televiziyada işləmişəmsə, demək ki, mənə arxa-dayaq olub”.

Nailə İslamzadə vaxtilə bir çox rejissordan film dəvəti aldığını etiraf edib:

“Televiziyaya yeni başlayanda kinostudiyadan bizə təkliflər gəlirdi. Rafiq Hüseynov həmişə deyərdi ki, ya diktor olun, ya da aktrisa. İstəmirdi ki, kinostudiyaya gedim. Mən də diktor oldum. Bir neçə il əvvəl Vaqif Mustafayevin 60 seriyalı “Tək olanda qorxma” filmində çəkilmişəm. Qəhrəmanın taleyi faciəvi sonluqla bitmişdi. Oynamaq istədiyim bir rol yoxdur, çünki heç vaxt aktrisa olmağı düşünməmişəm. Televiziya işini daha çox sevirəm. Düşünürəm ki, aktrisa olsam, ancaq özümü oynaya bilərdim, ümumiyyətlə rola girməyi sevmirəm. Kinolarda və teatrda hər kəs özünü oynasa, daha yaxşı olar. Rola girmək üstünlük vermir, hər kəs özü olsa yaxşıdır”.

Aytən Məftun

Xəbər lenti

DAHA ÇOX XƏBƏR