Azərbaycanı gələn il “Eurovision”da kim təmsil edəcək?
Bizi izləyin

Magazin1

Azərbaycanı gələn il “Eurovision”da kim təmsil edəcək?

Murad Arif gələn il Azərbaycanı “Eurovision”da təmsil etmək niyyətindədir.

Publika.az xəbər verir ki, aparıcı-müğənni bu barədə sosial şəbəkədə elan edib: “Elektra Hall konsertimdən sonra, bəyan etmək istəyirəm və hər birinizdən bu bəyanata dəstək gözləyirəm... “Eurovision 2020” üçün namizədliyimi rəsmi olaraq təklif edirəm! Mən buna hazıram! Mən bunu arzulayıram! Bizə 3 dəqiqəlik HIT lazımdır! Özümüz yazaq, öz uşaqlarımızla, öz nəğməmizlə oraları partladaq!”

Müğənni özünə əmin olduğunu və təşkilatçılardan bu yolda dəstək gözlədiyini gizlətməyib.

Qeyd edək ki, müsabiqə 12-16 may 2020-ci il tarixində Rotterdamın “Rotterdam Ahoy” arenasında keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm