Safuradan böyük sürpriz - SƏHNƏYƏ DÖNÜR - FOTO
Bizi izləyin

Magazin1

Safuradan böyük sürpriz - SƏHNƏYƏ DÖNÜR - FOTO

“Mənim böyük yaradıcılıq təcrübəm var. Hər zaman tamaşaçıların sevgisini və dəstəyini hiss etmişəm. Düşünürəm ki, onlara yaxşı mahnılar ərmağan etməyi bacarmışam”.

Publika.az xəbər verir ki, bu sözləri ötən gün səhnəyə qayıdacağı barədə xəbərlər çıxan Safura Əliyeva 1news.az-a açıqlamasında deyib.

Müğənni bildirib ki, yayılan məlumatların bir qismi doğrudur:

“Bəli, “High On Your Love” adlı mahnı səsləndirmişəm. Bu, sevənlərimə Yeni il hədiyyəm olsun. Musiqi hər zaman mənimlə yaşayacaq. Ancaq peşəkar səhnəyə geri dönməyəcəm”.

Qeyd edək ki, S.Əliyevanın səhnəyə geri dönməsi ilə bağlı məlumatı “Eurovision” yarışmasının rəsmi fan klubu “INFE Azerbaijan” yayıb.

Onu da bildirək ki, müğənni 2013-cü ildə mərhum Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlənərək səhnədən uzaqlaşıb. Onların bu evlilikdən üç övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm