• USD 1,7000 0,00% EUR 1,8845 +0,03%
    • GBP 2,2318 +0,64% RUB 0,0275 0,00%
election

İradə İbrahimova Xalq artisti haqqında görün NƏLƏR YAZDI

  • Magazin1
  • 16 Dekabr 2019 12:43
  • 1 314 Baxış
İradə İbrahimova Xalq artisti haqqında görün NƏLƏR YAZDI

Xalq artisti Röya Ayxan bir neçə il əvvəl ünvanına kəskin sözlər dediyi həmkarı müğənni İradə İbrahimova ilə barışıb.

Publika.az xəbər verir ki, maşınında İradə İbrahimovanın “Kimdir günahkar?” mahnısını dinləyən Xalq artisti bu görüntüləri instaqramda paylaşaraq onun adını “tag” edib.

Röyanın jestinə biganə qalmayan İradə İbrahimova həmkarının bu addımından sevindiyini gizlətməyib: “İnsanın həyatında gözəl şeylər olduqca daha çox paylaşmaq, coşdurmaq, o hissləri ətrafına bulaşdırmaq istəyir. Məni bu həyatda çox sevindirən şeylərdən biri də insanları xoşbəxt görməkdir. Röya, üstümüz, başımız hüzura, sevincə bulansın. Parılda.

Sevmək, nə gözəl şeysən. Öz içindəki gözəlliklərə başqa birində rast gəlmək gözəl hissdir. Səmimiyyətin qalmadığı bir dünyada səmimiyyət görmək çox təsəllivericidir. Röya, çox xoş oldu. Mahnıyla bu gecə atamı da anmış oldum. Bu ifanı çox sevərdi”.

İ. İbrahimova sonda Xalq artistinə sual ünvanlayıb: “Doğrudan, görəsən kimdir günahkar?”

R. Ayxan isə suala “gəl, artıq tanış olaq” şərhini yazıb.

Qeyd edək ki, iki tanınmış arasında qalmaqal İradənin Röya Ayxanın Türkiyədə ulduz ola bilməyəcəyini və buna görə əbəs yerə pul xərclədiyini açıqlamasından sonra başlamışdı. Bundan sonra Röya sənətçinin ünvanına ağır sözlər demişdi.

Aytən Məftun

Xəbər lenti

DAHA ÇOX XƏBƏR