Xəzər TV-nin yanında dəhşət: Xoşqədəm Təcili Tibbi Yardımı ittiham etdi - VİDEO
Bizi izləyin

Magazin1

Xəzər TV-nin yanında dəhşət: Xoşqədəm Təcili Tibbi Yardımı ittiham etdi - VİDEO

“Xəzər televiziyasının qarşısında avtomobil qəzası baş verib. Burada olan hər kəs təcili yardıma zəng edib. 40 dəqiqədir ki, təcili yardım maşını gecikir, indi gəlir. İnşallah o qız orada ölməz”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Xoşqədəm Hidayətqızı instaqramda paylaşdığı videoda deyib. Aparıcı qəzadan 40 dəqiqə keçməsinə baxmayaraq, təcili yardım maşınının gecikməsini tənqid edib:

“Səhər dəhşətli avtomobil qəzası baş verib. Maşının içərisindən sürücünü çıxarmaq üçün insanların mücadiləsi, yerə uzadılmış qanlar içərisindəki gənc qızın halı ürəyimi parçaladı. Düz 40 dəqiqə ərzində qanlar içərisində uzanan gənc qızla birlikdə hər kəs təcili yardım gözləyirdi... Biabırçılıq sadəcə”, - deyə aparıcı şərh yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm