Damladan keçmiş həyat yoldaşına SƏRT MESAJ
Bizi izləyin

Magazin1

Damladan keçmiş həyat yoldaşına SƏRT MESAJ

“Ümid yox, dua var. Tələsmək yox, səbir var. Mümkünsüz deyə bir şey yoxdur. Allah var. Həmişə qəlbinizi rahat tutun. Nə bədbəxt edib gülən, nə də aldığı ahları ödəmədən ölən yoxdur bu həyatda”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Damla instaqramda yazıb. Qadının güclü olduğunu bildirən müğənni, daha sonra yazdığı aforizmdə keçmiş həyat yoldaşına mesaj yollayıb:

“Qadınlar hər şeyi öyrənə bilər. Maşın sürməyi, odun yarmağı, pul qazanmağı, uşaq böyütməyi və s. Bunun üçün tək bir şey lazımdır. Uğursuz həyat yoldaşı. Fədakarlıq qarşılıqlı olana deyilir. Mən nə vaxt özümü fəda etsəm, qarşımdakı hər zaman kar olur”, - deyə müğənni qeyd edib.

Məlumat üçün bildirək ki, ulduz bir dəfə evli olub. Onun bu nikahından oğlu var. Cütlüyün ayrılma səbəbi həyat yoldaşının müğənniyə xəyanət etməsi olub.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm