YAP-ın siyahısında ŞOK AD - ÖZÜ AÇIQLADI
Bizi izləyin

Magazin1

YAP-ın siyahısında ŞOK AD - ÖZÜ AÇIQLADI

Axsam.az-ın verdiyi məlumata əsasən, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarına görə, xanəndə, Xalq artisti Mənsum İbrahimov YAP-ın 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədi olub.

Məlumatı dəqiqləşdirmək üçün sənətçi ilə əlaqə saxladıq.

M.İbrahimov Publika.az-a açıqlamasında haqqında yayılanlardan xəbəri olmadığını bildirdi:

“Hazırda Türkiyədəyəm. Parlament seçkilərində iştirak etmək üçün namizədliyimi irəli sürməmişəm. Heç nədən xəbərim yoxdur. Doğrusu, millət vəkili olmaq iddiam olmayıb”.

Qeyd edək ki, buna qədər həmin dairədən jurnalist, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov millət vəkili idi. Növbədənkənar parlament seçkiləri gələn ilin fevralın 9-da keçiriləcək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm