Rüstəm Cəbrayılov nişanlısı ilə FOTOLARINI paylaşdı
Bizi izləyin

Magazin1

Rüstəm Cəbrayılov nişanlısı ilə FOTOLARINI paylaşdı

2007-ci ildə “The Best Model of the World” müsabiqəsinin qalibi seçilən məşhur model Rüstəm Cəbrayılov nişanlısı ilə şəkillərini paylaşıb.

Publika.az xəbər verir ki, model ilk dəfə sosial şəbəkədə şəxsi həyatı ilə bağlı paylaşım edib.

O, fotolarda gələcək həyat yoldaşına ürək sözlərini qeyd edib: "Xoş gəldin həyatıma. Çox qısqancdı, amma sevirəm. Şəxsi həyatımı paylaşdığımçün üzrlü sayın, amma bu dəfə belə uyğun gördüm".

Məlumat üçün bildirək ki, Rüstəm Cəbrayılov Amerikada yaşayarkən gürcü əsilli xanımla evli olub.

Məşhur model bu yaxınlarda həm "Nazik mətləb" film, həm dəm "Meşəbəyi" televiziya layihələri ilə izləyicilərin görüşünə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm