Bakı Media Mərkəzi Yeni ilə hazırlaşan paytaxtdan video-çarx hazırladı - - VİDEO/FOTO
Bizi izləyin

Magazin1

Bakı Media Mərkəzi Yeni ilə hazırlaşan paytaxtdan video-çarx hazırladı - - VİDEO/FOTO

Bakı Media Mərkəzi Yeni il əhval-ruhiyyəsinə bürünən Bakıdan xüsusi video-çarx hazırlayıb.

Publika.az xəbər verir ki, paytaxt Bakı ənənəvi olaraq yenə bayram libasına bürünüb. Qədim şəhər Yeni il dekorasiyası ilə al-əlvan bəzədilib, küçə və meydanlar işıq selinə qərq olub. Bakı 2020-ci ili coşqu ilə qarşılayır. Bakı Media Mərkəzi bu münasibətlə şəhərimizdə foto-çəkilişlər aparıb, xüsusi video-çarx hazırlayıb.

"Komandamız bayram əhval-ruhiyyəsinə qərq olmuş Bakının bütün gözəlliyi və zərifliyini çatdırmağa çalışıb. Sizə də videomuzu seyr edib Yeni il ərəfəsində paytaxtımızın bayram ab-havasını hiss etməyi təklif edirik" , - deyə Bakı Media Mərkəzi sosial şəbəkədə qeyd edib:

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm