Nura Suri o məmurları İFŞA ETDİ: “Vəsaiti öz ciblərinə qoyurlar”
Bizi izləyin

Magazin1

Nura Suri o məmurları İFŞA ETDİ: “Vəsaiti öz ciblərinə qoyurlar”

“Dövlət tədbirləri və bayram konsertlərinə müğənnilərin çoxu təmənnasız gedir. Bəlkə kimlərəsə (seçmə) ödəniş olur, bilmirəm. Eşitdiyimə görə, müğənnilərə guya ödəniş olduğu deyilir. Dövlətimiz qayğımıza qalır, amma millətimizin bəzi nümayəndələri bu vəsaiti öz cibinə qoyur”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Müğənnilərin çıxış haqqını mənimsəyən məmurları ifşa edən sənətçi etiraz səsini feysbuk üzərindən qaldırıb.

Xatırladaq ki, bu mövzu birinci dəfə deyil ki, işıqlandırılır. Bir neçə məşhur da əvvəllər eyni problemdən şikayətlənib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm