"Stressdən əllərimə ləkə düşüb" - Əməkdar artist
Bizi izləyin

Magazin1

"Stressdən əllərimə ləkə düşüb" - Əməkdar artist

"Məni həyata qaytardın. Həyatdan artıq getmişdim, yox idim. Könül Xasıyeva isə musiqiyə qaytardı məni. Konsertinə dəvət edib, zorla səhnəyə çıxardı. 30 faiz özümə gəldim".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "Bizimləsən" verilişində deyib. Oğlunu itirən müğənni uzun fasilədən sonra səhnəyə qayıtmasından danışıb. İfaçı aparıcı Zaur Baxşəliyevin ona dəstək olduğunu deyib.

Abdullayeva bildirib ki, stressdən xəstəlik tapıb:

"Hiss edirəm ki, mənə oğlumu əvəz etmək istəyirsən. Az qalmışdım ölüm. Sərhədin o tayında mənə dedilər ki, ürəyində problem var. Dedim, gedim, vətənimdə ölüm.

Stressdən əlimə ləkə düşüb. Həkim deyir depressiyadan çıxa bilmirsən".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm