Pərvin Abıyevanın sevgilisinin qardaşı vəfat etdi - FOTO
Bizi izləyin

Magazin1

Pərvin Abıyevanın sevgilisinin qardaşı vəfat etdi - FOTO

Məşhur aktrisa Pərvin Abıyevanın sevgilisi keçmiş polis leytenantı 22 yaşlı Murad Abdullayevin qardaşı Cavid Abdullayev dünyasını dəyişib.

2019-cu ilin dekabrın 31-i yatıb, yuxudan oyanmayan Cavidin cənazəsi Bakıya gətirilib.

Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və hər iki qardaş Murad və Cavid Abdullayevlər Yeni ili Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçiriblər.

Mərhumun nədən vəfat etdiyi hələlik naməlumdur.

Bu haqda ilk məlumatı isə “Instagram”da Xəbərçi.az səhifəsi yayımlaylb.

Qeyd edək ki, Murad Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən Daxili İşlər Orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, polis nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib. (oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm